Azərbaycanın quşçuluq müəssisəsi səhmlərinin 28%-ni satışa çıxarır

Azərbaycanın quşçuluq müəssisəsi səhmlərinin 28%-ni satışa çıxarır
09:22 16 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-də “İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi "Bakı Fond Birjası" QSC-də (BFB) satışa çıxarılacaq.
"Report" xəbər verir ki, bu, müəssisənin səhmlərinin 27,9%-i qədərdir.
Açıq hərracda iştirak etmək istəyənlər noyabrın 2-nə qədər “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 11/31, "Babək Plaza", 7-ci mərtəbə) və yaxud BFB-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
Xatırladaq ki, “İsmayıllı Quşçuluq” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Müəssisənin səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-qusculuq-muessisesi-sehmlerinin-28-ni-satisa-cixarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR