Röya Muraddan mükafat olaraq 100 MİN DOLLARLIQ MAŞIN İSTƏDİ - FOTO

Röya Muraddan mükafat olaraq 100 MİN DOLLARLIQ MAŞIN İSTƏDİ - FOTO
15:12 18 Oktyabr 2019
199 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün bura gələndə dostlarım məndən soruşdular ki, "Bir də olsa belə, hamı yığılsa, gedərsən "Maşın" şouya?" Dedim ki, vallah, gedərəm. Çünki artıq professsional kimi qatılacam. Tamaşaçı kimi də qıraqdan baxmışam.

Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan ötən gün "Maşın" şouda qonaq olarkən deyib. 

Amma Röya yenidən "Maşın"a qatılması üçün şounun layihə rəhbəri və aparıcısı Murad Dadaşovun qarşısına yarızarafat şərt də qoyub:

"Amma "Range Rover" qoysan gələrəm". 

Aparıcı və tamaşaçılar sənətçinin sözünü gülüşlə qarşılayıblar.

Qeyd edək ki, "Range Rover"in yeni modellərinin qiyməti paytaxtımızın avtosalonlarında təxminən 97 min dollardan başlayır.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/795249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR