ABŞ özü də bilmədən Rusiyanin enerji sektorunun möhkəmlənməsinə kömək edib

ABŞ özü də bilmədən Rusiyanin enerji sektorunun möhkəmlənməsinə kömək edib
20:12 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Bu il Moskvada keçirilən "Rusiya enerji həftəsi" tamam fərqli şəraitdə baş tutub. Ötən həftə xarici biznesmenlər və məmurlar Rusiyanın paytaxtına toplaşıblar. Məmnun olmaq üçün Kremlin bütün səbəbləri olub. Vaşinqton və bəzi Şərqi Avropa ölkələrinin qəti müqavimətinə baxmayaraq, Rusiya ilin sonunadək Avropaya gedən iki qaz kəmərinin tikintisini başa çatdırmağa hazırlaşır. Bundan başqa, Moskvanın gələn ilin başlanğıcına kimi Çinə uzanan "Sibirin gücü" qaz kəməri ilə tədarükə başlayacağı gözlənilir", - Dmitri Simes "The National Interest" nəşrində yazır.

"Rusiya prezidenti Vladimir Putin forumda çıxışı zamanı ölkədən qaz alan avropalı istifadəçiləri həm arxayın etməyə, həm xəbərdarlıq etməyə çalışıb. Rusiya lideri söz verib ki, ölkəsi bundan sonra da Moskva və Brüssel arasında mövcud olan fikirayrılığına baxmayaraq, məsuliyyətli, işgüzar mövqe nümayiş etdirməyə davam edəcək", - məqalədə deyilir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, Çin "Qazprom" şirkətinin planlarında mühüm yer tutur. Şirkətin direktorlar şurasının sədri Viktor Zubkov tədbirdə çıxış edərək bildirib ki, Çinin qaz bazarı tezliklə ölçüsünə görə Avropa bazarına çatacaq.

Məqalə müəllifinin fikrincə, Rusiyanın enerji sahəsində Çinə üz tutmasına iqtisadi maraqlardan daha çox, geosiyasi maraqlar səbəb olub. Ali İqtisadiyyat Məktəbindən Çin üzrə ekspert Aleksandr Lukinin sözlərinə görə, Ukrayna böhranı göstərib ki, Moskva siyasi cəhətdən zəifləmədən, enerji resurslarının əsas alıcısı kimi daha Avropaya ümid edə bilməz.

Ukrayna böhranı başladıqdan bəri Moskvadan enerji asılılığının aradan qaldırılması məsələsi Avropada yenidən aktuallaşıb. 2014-cü il Krımın ilhaqından sonra Avropa Şurası AB üzvlərini rus qazından asılılığı azaltmaq məqsədilə tədarükü diverfikasiya etməyə çağırıb.

"Macro Advisory" şirkətinin baş tərəfdaşı Kris Uifer (Chris Weafer) bildirib ki, Moskva və Brüssel arasında siyasi çəkişmələrə baxmayaraq, Avropanın təbii rus qazının istehlak həcmini artırmaqdan başqa seçimi yoxdur. Ekspert qeyd edib ki, Avropa ölkələri karbon tullantılarının həcmini azaltmağa çalışdıqları üçün təbii olaraq, kömürdən qaz və bərpa edilə bilən enerji mənbələrinə keçirlər.

Vaşinqton avropalı müttəfiqlərini rus qazından imtina etdirmək üçün səy göstərir. Ancaq onun bəzi addımları Rusiyanın enerji sektorunun möhkəmlənməsinə səbəb olur. Xüsusən, Amerikanın Karakas və Tehrana qarşı tətbiq etdiyi sanksiyalar Venesuela və İrandan neft alan bir çox ölkəni Moskvaya müraciət etməyə vadar edib.

Bəzi hesablamalara əsasən, ABŞ sanksiyaları Rusiyanın neft şirkətlərini əlavə təxminən 905 milyon dollarla təmin edib.

2019-cu il başa çatır. Belə bir şəraitdə Rusiyanın qlobal enerji bazarlarındakı vəziyyəti son on illə müqayisədə daha etibarlı görünür. Moskvanın Avropadakı mövqeyi möhkəm olaraq qalır. Onun Çin tərəfə dönüşü isə artıq əhəmiyyətli divident gətirməyə başlayıb. İroniyalı səslənsə də, Rusiya ola bilsin, son uğurlarına görə ABŞ-a da təşəkkür etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR