Emin və azərbaycanlı məşhurlardan yeni layihə

Xalq artisti Emin Ağalarov Azərbaycana həsr olunmuş "Azərbaycan-101" adlı irimiqyaslı musiqi layihəsini təqdim edib.

"İnstaqram" hesabında yeni layihəsinin işıq üzü görməsi barədə məlumat verən Emin həmyerlilərini Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik edib və 2019-cu ildə republikanın 101 yaşı tamam olduğunu qeyd edib:

“Azərbaycan! Mən səni sevirəm! Harada olmağımızdan asılı olmayaraq, biz həmişə doğma torpağımızı, yaxın insanlarımızı, uşaqlığımızı, doğma diyarımızı düşünürük və xatırlayırıq. Azərbaycan, bizim hamımızı birləşdirdiyin üçün çox sağ ol!"

Qeyd edək ki, layihədə Emin Ağalarovla yanaşı Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Elçin Əzizov, Yusif Eyvazov, eləcə də Jony, Bahh Tee və digər məşhur azərbaycanlı artistlər yer alıb. Xalq artisti, həmçinin, mahnının müəlliflərinə - söz yazarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və bəstəkar Ruslan Ağababayevə xüsusi minnətdarlığını bildirib. Klipin rejissoru Emin Muradovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR