Abşeronda taksi ilə vurulan 60 yaşlı kişi xəstəxanada ölüb

Abşeronda taksi ilə vurulan 60 yaşlı kişi xəstəxanada ölüb
01:22 21 Oktyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada yerləşdirildiyi 1 saylı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.
“Report” xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Artıq sürücü polis tərəfindən saxlanılıb. 



23:02***20.10.2019
Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xırdalan-Binəqədi yolunda baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseronda-taksi-ile-vurulan-60-yasli-kisi-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR