İlk dəfə bir bitki öz selfisini çəkdi

London Zoologiya Dərnəyindən verilən məlumata görə dünyada ilk dəfə bir bitki selfi çəkməyi bacardı.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Pete" adlanan bitki xüsusi quraşdırılan bir cihaz vasitəsi ilə istehsal etdiyi enerjidən istifadə edərək hər 20 saniyədək bir cihaza toxunaraq öz rəsmini çəkməyi bacarıb. Bu sınaqda istifadə edilən kamera Xnor.ai adlı bir Amerikan süni intellekt şirkəti tərəfindən istehsal edilib. Ultra zəif güclü texnologiya ilə işləyən bu kamera bunun satəsində günün hər saatında aktiv qala bilir.

Təcrübəni həyata keçirən London Zoologiya Dərnəyinin heyət üzvləri bildirirlər ki, gələcəkdə bu texnologiyanı daha da təkmilləşdirərək bitkilərin qorunmasına dair layihələrdə istifadı etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR