22 yaşlı milyarder fenomenin videosu rekord qırdı -

Qızı Storminin 2018-ci ildə "İnstagram"a qoyduğu fotosu ilə rekord qıran və "İnstagram"da 149 milyon izləyicisi olan Kayli Cenner "TikTok"da da rekord qırıb.

Metbuat.az xarici mediaya istinadən əbər verir ki, "Forbes" tərəfindən dünyanın ən gənc milyarderi elan edilən 22 yaşlı Kaylinin "Youtube"da paylaşdığı, qızının otağında onu yatırmağa çalışdığı 9 saniyəlik video "RiseandShine" etiketi ilə sürətlə yayılmağa başlayıb. İzləyicilərin "TikTok"da bu videodan ilhamlanaraq çəkdiyi videoların baxış sayı 1 milyardı ötüb.

Kaylinin videosundan başlanan trend 40 min videonun çəkilməsinə səbəb olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR