Livan prezidenti xalqa müraciət edəcək

Livan prezidenti xalqa müraciət edəcək
09:22 24 Oktyabr 2019
37 Dünya
Ölkə mətbuatı
A- A+

Livan prezidenti Mişel Aun Beyrutda və ölkənin digər şəhərlərində bir həftə davam edən hökumət əleyhinə aksiyalardan sonra xalqa müraciətlə cıxış edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Al-Manar" telekanalı bildirib.

Məlumata əsasən, Aun öz çıxışını Baş nazir Saad Haririnin koalisiya kabineti tərəfindən kütləvi narazılığa cavab olaraq Livan iqtisadiyyatını sabitləşdirmək üçün təcili tədbirlər proqramını təsdiqləndikdən iki gün sonra edəcək.

Baabda prezident sarayındakı bir mənbə Daily Star qəzetinə verdiyi açıqlamada, respublika başçısı öz nitqində "xalqa siyasi böhranın həlli yollarını təklif edəcəyini" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/796651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR