“CinemaPlus”da “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olub

“CinemaPlus”da “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olub
17:12 24 Oktyabr 2019
187 Digər
Ölkə mətbuatı
A- A+

Yenilənmiş “CinemaPlus 28 Mall” premium kinoteatrında “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olub.
"Report" xəbər verir ki, şou-biznes nümayəndələri, jurnalistlər, bloqerlər, sahibkarlar və böyük təşkilatın rəhbərləri gecəboyu əyləniblər. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. 
Gecədə həmçinin fotoqraflar və videoqraflar da olub.
Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi.
Film üslubunda bəzədilən kinoteatrda qonaqlarla birgə əyləncəli anlar yaşanıb. Tezliklə baş tutacaq Halloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.
İkinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.
Filmin rejisoru Ruben Fleyşerdir. Baş rollarda Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, Lyuk Uilson və Evan Coqia çəkilib.
Tədbirində təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Made.az”, “Say Say events” dekor şirkəti, “Light in Black”, karikaturaçı Eyvaz Soltanlı, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Kolorit” kafesi, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.




































Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/zombiler-yeni-cinemaplus-a-basqin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR