Rusiyadan İLK: S-400 və "Pantşir"lərini Avropaya göndərdi

Rusiyadan İLK: S-400 və "Pantşir"lərini Avropaya göndərdi
19:33 24 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Belqrada S-400 və “Pantşir-S” hava hücumundan müdafiə sistemləri göndərib.

Publika.az xəbər verir ki, Serbiyada baş tutacaq “Slav qalxanı-2019” hərbi təlimləri üçün yollanan sistemlər “Bataynitsa” hava bazasına yerləşdirilib.

Təlimlərin məqsədi hər iki ölkəyə qarşı edilə biləcək hava hücumundan qorunmaqdır.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya ilk dəfə arsenalında yer alan hava hücumundan müdafiə sistemlərini başqa bir ölkəyə göndərir.

Qeyd edək ki, Rusiya ilə Serbiyanın iştirak etdiyi "Slav qalxanı-2019" hava hücumundan müdafiə sisteminin ilk mərhələsi sentyabr ayında Astraxan bölgəsində baş tutub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/294062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR