2.5 illik münasibətlərindən sonra 2018-ci ilin aprel ayında ayrılan müğənni Murat Boz və Aslı Ənvər 7 ay sonra barışmış və münasibətlərinə qaldıqları yerdən davam etmişdilər.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, amma ötən gün cütlüyün yenidən ayrılıq xəbəri heyranlarını kədərləndirib. Bu xəbərdən sonra "O Ses Türkiye"nin münsif heyəti Hadisenin sosial media paylaşımı Aslı Ənvərin heyranlarının qəzəbinə səbəb olub. Murat Bozla adı ara-sıra sevgi dedi-qodularına qarışan müğənni cütlüyün ayrılıq xəbərinin yayılmasından sonra Murat Bozu qucaqladığı bir fotonu paylaşıb.

Müğənninin paylaşdığı bu foto sosial media izləyicilərinin tənqidlərinə səbəb olub. İzləyicilərdən biri "Münasibəti təzə bitmiş bir adamla bu fotonu paylaşmaq çox ayıbdır. Hətta dostca olsa da. Hadise fürsətdən istifadə edir" sözlərini yazıb.

Hadisenin bu paylaşımı Aslı Ənvərin heyranlarını qəzəbləndirdi -

https://metbuat.az/news/1280395/muzeydeki-kameradan-xerceng-oldugunu.html