Bu gündən Bakıda 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək

Bu gündən Bakıda 38 nömrəli müntəzəm marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək
14:17 29 Oktyabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən 38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, ötən dövrdə paytaxtımıza 200 -dən artıq müasir avtobus gətirərək istismara verib. Gətirilən avtobusların Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olması mütləqdir. Belə ki, oktyabrın 29-u tarixindən etibarən  38 nömrəli müntəzəm marşrut üzrə də istismarda olan avtobusların bir qismi yenilənəcək. Xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “General Avto Kompani” firması tərəfindən 10 ədəd yeni “İsuzu Citibus” markalı avtobus gətirilib. "Avro 5" standartlarına cavab verən bu avtobuslar, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir.
Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/38-nomreli-muntezem-marsrutda-yeni-avtobuslar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR