“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin sayı artırılacaq

“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi yerlərin sayı artırılacaq
11:12 30 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC Bakıda “Kənddən şəhərə” yarmarkalarının keçirdildiyi yerlərin sayını artırmaq istəyir. 
Bu barədə “Report”a səhmdar cəmiyyətinin mətbuat katibi Mayis Musayev məlumat verib. 
"Hazırda yarmarkalarımız paytaxtın Yasamal, Binəqədi və Nərimanov rayonlarında təşkil edilir. Bu ilin sonuna qədər daha 2 yerdə yarmarka təşkil etməyi planlaşdırırıq. Hələ ki, həmin yerlər məlum deyil", - deyə o, qeyd edib. 
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat”ın “Kənddən Şəhərə” layihəsi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək məqsədilə həyata keçirilir. Bundan başqa, “Kənddən Şəhərə” markası altında kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və sortuna görə qruplaşdırılaraq qablaşdırılması, brendləşdirilməsi həyata keçirilir. Bu günə qədər müxtəlif bal növləri, “Haşimi” düyüsü. Cəlilabad noxudu, Zaqatala çayı qablaşdırılaraq satışa təqdim olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/ask/kendden-sehere-yarmarkalarinin-kecirildiyi-yerlerin-sayi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR