“Bakıda ev alıb bura kök salmalıyam” - FOTO

“Bakıda ev alıb bura kök salmalıyam” - FOTO
11:22 30 Oktyabr 2019
162 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycana gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, estrada ulduzunun gəlmə səbəbi bu gün və sabah Bakı Konqres Mərkəzində solo konsert verməsidir. Məşhur müğənni paytaxta oğlu Martin və qızı Allak Viktoriya ilə birgə gəlib.

Sənətçi hava limanında təşkil olunan mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb. O, Azərbaycanın çox fərqli bir ölkə olduğunu, burada bir ilk yaşadığını söyləyib: "Xüsusi təşəkkürümü Azərbaycan Prezidentinin ailəsinə bildirmək istəyirəm. Azərbaycalılar özəl və maraqlı millətdir. Hər zaman çalışmışam ki, gözlədikləri coşqunu reallaşdırım. Mən ilk dəfə hava limanında təşkil olunan mətbuat konfransında iştirak edirəm. Bu, çox kreativ bir addımdır. Azərbaycan hər zaman fərqlidir".

Xalq artisti Heydər Əliyev Mərkəzinə gedəcəyini deyib, oranı dünyanın 8-ci möcüzəsi adlandırıb: "Mən bilərəkdən konsertdən qabaq arıqlayırdım. Çünki bilirdim ki, burada çoxlu yemək yeyəcəm. Dünən Nyu-Yorkda, bu gün isə Bakıdayam. Konsertdən əvvəl dadlı yemək, xeyli yatmaq və uşaqlarımla vaxt keçirmək istəyirəm. Mən adətən uşaqlarımı elə yerlərə aparıram ki, həm onlara, həm də mənə rahat olsun. Konsertimin ikinci günündə Heydər Əliyev Mərkəzində olacağam. Düşünürəm ki, bura dünyanın 8-ci möcüzəsidir. Xeyli vaxtımız olacaq. Mütləq İçərişəhərə səfərimiz olacaq və şoppinqə də vaxtımız var. Eyi zamanda, məşqlərimiz də olacaq. Çünki sizə konsertdə sürprizlərim olacaq".

Bundan əlavə, pop ifaçısı Bakıda ev almaq niyyətindən də söhbət açıb: "Mən insanlara çox alışıram. Xüsusilə Azərbaycana... Həmişə fikirləşirəm ki, buradan ev almalıyam, kök salmalıyam. Çox yerlərdə olmuşam, ancaq Bakı mənim üçün siyahıda önəmli yerlərdən biridir. Bakıdan ev almaq niyyətim olsa da, çətin bir qrafikim olduğu üçün bunu edə bilmirəm".

O, Birinci Vitse-Prezident başda olmaqla, bütün Azərbaycan xanımlarının şahzadə olduğunu vurğulayıb: "Mehriban Əliyevanın simasında Azərbaycan xanımları çox möhtəşəmdirlər, xeyirxahdırlar. Onlar bizim üçün bir şahzadədilər. Bu xanımları sevməmək mümkün deyil".

Filipp Rusiya və Azərbaycan KİV-lərində Xalq artisti Aygün Kazımova ilə sevgili olması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Şəxsi münasibətdən danışırıq, biz dostuq. Bizim duetdə hər şey olduğu kimidir. Eyni zamanda, Xalq artisti Aygün Kazımova ilə çıxışımız olacaq. Biz bu dəfə xüsusi bir şouya hazırlaşmışıq. "Calma" ifasını səsləndirəcəyik. Həmçinin, "Azərbaycan" adlı mahnı ifa edəcəyik. Bu, kiminsə xoşuna gəlmək üçün edilməyəcək. Sadəcə mənə sevgi ilə yanaşanlar üçün bir təşəkkürdür".

Müğənni konsert üçün Moskvadan Bakıya 7 TIR gəldiyini bildirib: "Siz şouda daha çox geyim və rəqqas görəcəksiniz. Heç vaxt olmayıb ki, konsertlərimdə nəyisə təkrar edim. Əgər mənim konsertimdirsə, şou mütləq olmalıdır. Buna görə də, estrada sahəsində hələ də qalmışam".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/798247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR