Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib
13:02 30 Oktyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib.
"Report" xəbər verir ki, Konsepsiya hərbi sahədə yeni üst səviyyəyə çatmaq məqsədi daşıyır, təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.
İclas zamanı həmçinin MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri təsdiqlənib, "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə edilib, 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-mdb-olkelerinin-2025-ci-iledek-herbi-emekdasliq-konsepsiyasi-t

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR