Ançelotti mətbuat konfransına gəlmədi

Ançelotti mətbuat konfransına gəlmədi
14:05 6 Noyabr 2019
97 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi "Zalzburq"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçı canlı yayımlayan telekanal üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər.

Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti Aurelio De Laurentis ilə münasibətlərdəki gərginlik göstərilir.

Neapol təmsilçisinin rəhbəri nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.

Qeyd edək ki, ÇL-də E qrupunda yer alan "Napoli" 8 xalla 2-ci yerdədir. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə "Cenoa" ilə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/800095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR