Türkiyə prezidenti: "UEFA ayrı-seçkilik edir"

Türkiyə prezidenti: "UEFA ayrı-seçkilik edir"
11:52 7 Noyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

“UEFA-nın milli komandamıza və klublarımıza yönəlmiş haqsız və siyasi davranışı, ayrı-seçkiliyi rədd edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən əvvəl məbuat üçün açıqlamasında deyib.
Türkiyə prezidenti Avropa futbol qurumunun Türkiyə yığmasına qarşı intizam işi açmasını qanunsuzluq adlandırıb: “Fransa idmançısı ölkəsinin prezidentinə əsgər salamı verəndə onu qınamadılar. Qol vurduqdan sonra hərbi salam verən idmançılarımız bağlı ağla, xəyala gəlməyəcək dərəcədə tənqid edilir, hətta onlara qarşı nizam-intizam araşdırması aparılır. Bu, açıq-aşkar qanunsuzluqdur”.
Qeyd edək ki, Ərdoğan Türkiyə - Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/edrogan-uefa-nin-komandaimza-qarsi-davranisi-siyasidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR