Xalq artisti kimi ilk layihəsi bu oldu - VİDEO

Xalq artisti kimi ilk layihəsi bu oldu - VİDEO
17:52 8 Noyabr 2019
163 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxan Xalq artisti kimi ilk layihəsini təqdim edib.

Milli.Az xəbər verir ki, sənətçi bu dəfə Əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edərək "Dedin yox" mahnısını ifa edib. Sözləri və musiqisi Şükürova məxsus bəstəyə kiçik dəyişiklik edilərək bir misra əlavə olunub. 

Müəllifi Tural Manaflı olan şeir R.Ayxan tərəfindən səsləndirilib. Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub.  Sözügedən layihə Röya Ayxanın "YouTube" səhifəsində yayımlanıb. 

Bundan əlavə, mahnı "Apple Music", "Spotify", "Deezer", "Mood" kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Qeyd edək ki, Ə.Şükürov sözügedən mahnını 2014-cü ildə ifa edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR