Bursada azərbaycanlı tələbələr “Bayraq günü” münasibəti ilə flaşmob keçirib

Bursada azərbaycanlı tələbələr “Bayraq günü” münasibəti ilə flaşmob keçirib
22:12 8 Noyabr 2019
151 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə 9 Noyabr Azərbaycanın Bayraq Günü münasibəti ilə Bursa Uludağ Universitetində (BUÜ) təhsil alan azərbaycanlı tələbələr fləşmob keçiriblər.
“Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin üzvü olan tələbələr Bursa Uludağ Üniversitetinin Mediko Meydanına qədər Azərbaycan bayraqları ilə uzun məsafəni qəth etdikdən sonra, dövlət himnini səsləndirib, səs effektləri ilə maraqlı fiqurlar reallaşdırıblar.
Yüzlərlə tələbənin iştirak etdiyi flaşmob göz oxşayan görüntülərlə yadda qalıb. “Bayraq günü” münasibəti ilə təşkil edilən flaşmobdan sonra Azərbaycanın milli musiqilərindən ibarət rəqs kompoziyası təşkil olunub.
Vüsalə Abbasova 





Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/bursada-azerbaycanli-telebeler-bayraq-gunu-munasibeti-ile-flasmob-k

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR