Bu ölkənin İKT xərcləri 412 milyard dollara çatacaq

Bu ölkənin İKT xərcləri 412 milyard dollara çatacaq
22:12 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin sonunadək Amerika Birləşmiş Ştatları (ABŞ) informasiya texnologiyalarına 412 milyard dollar vəsait xərcləyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə ITU analitik mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, bu məbləğ ötən ildən 5,5% çox olacaq. Çin Xalq Respublikası İKT bazarında xərclədiyi vəsaitə görə ikinci yerdə olacaq. Belə ki, bu ilin yekununda rəsmi Pekinin İKT xərcləri 328 milyard dollara çatacaq.

Bazarda üçüncü ən çox xərc Qərbi Avropa regionlarının üzərinə düşür. İlin sonunadək Qərbi Avropa texnologiya xərclərinə 227 milyard dollar xərcləyəcək. Hər üç regionda mobil rabitə xidmətləri və mobil telefonlar İKT-nin ən böyük kateqoriyası olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR