Evo Morales təyyarə ilə Meksikaya gedib

Evo Morales təyyarə ilə Meksikaya gedib
07:27 12 Noyabr 2019
125 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyanın keçmiş lideri Evo Morales bildirib ki, təyyarə ilə ona siyasi sığınacaq verməyə razılaşmış Meksikaya uçur.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
"Qardaş və bacılar, mən təyyarə ilə Meksikaya uçuram. Təmənnasızlıq üçün bizim həyatlarımızı xilas etmək məqsədilə siyasi sığınacaq vermiş bu qardaş ölkəsinin hökumətinə təşəkkür edirəm", - deyə o "Twitter"də yazıb.
Morales "siyasi səbəblərdən ölkəni tərk etməyin ağrılı olduğunu etiraf edib. Sabiq dövlət başçısı bununla belə, tezliklə yeni güclə ölkəyə qayıdacağını söz verib.
Daha əvvəl Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib ki, ölkəsi Boliviyanın sabiq prezidenti Evo Moralesin xahişinə cavab olaraq ona siyasi sığınacaq verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/morales-teyyare-ile-meksikaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR