Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub

Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub
19:02 12 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda 10 yaşlı uşağı avtomobil vurub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Bazarın önündə qeydə alınıb. 
Belə ki, Biləsuvar rayon sakini, 2009-cu il təvəllüdlü Aydın Əliyevi yolu keçmək istəyərkən  "Mercedes" markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-10-yasli-usagi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR