Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var

Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var
15:47 13 Noyabr 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın paytaxtı Seulda Müdafiə İnstitutunun laboratoriyasında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir əməkdaş həlak olub.

Daha beş nəfər xəsarət alıb. Partlayışdan sonra laboratoriyada yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 30 texnika və 120 yanğınsöndürən cəlb edilib.

Hazırda laboratoriyada hansı təcrübələrin aparılması ilə bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR