Ərdoğan-Tramp görüşündən sonra Putindən GÖZLƏNİLMƏZ HƏMLƏ: dekabrda...

Ərdoğan-Tramp görüşündən sonra Putindən GÖZLƏNİLMƏZ HƏMLƏ: dekabrda...
12:48 16 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfərə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın məlumat yayıb.

Onun sözlərinə görə, Putin dekabrın ilk yarısında Ankaraya getmək niyyətindədir.

Səfərin məqsədi dövlətlərarası münasibətlər və regional məsələlərin müzakirəsi olacaq. Liderlər həmçinin, “Türk axını” layihəsinin tamamlanması münasibətilə təşkil edilən tədbirə də qatılacaqlar.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13-14 noyabrda ABŞ-da səfərdə olmuş, prezident Donald Trampla görüşmüşdü. Putinin bu görüşdən sonra Türkiyəyə gəlmək istəyi diqqət çəkir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/296310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR