Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq

Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq
12:17 18 Noyabr 2019
94 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur detektiv Şerlok Holms haqqında çəkilmiş və 2010-ci ildə ekranlara çıxmış serial vaxtilə milyonlarla fanatın qəlbini fəth etmişdi. Serial 4 mövsüm efirdə olmuşdu.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, izləyicilər serialın 5-ci mövsümünü gözləsələr də, istehsalçılar 4-cü mövsümün sonuncu olduğunu deyərək onları qorxutmuşdular. Səbəb isə aktyorların həddindən artıq yüklənməsi və tamaşaçıları bezdirmək ehtimalı idi.

Lakin 2017-ci ildən sürən bu gözləntiyə, nəhayət ki, son qoyulacaq. Belə  ki, yeni ildən bu teleserial bir-birindən maraqlı yeni bölümləri ilə ekranlara gələcək.

BBC-də yayımlanacaq serialın yeni mövsümündə Şerlok Holmsun yaradıcısı Artur Konan Doylun "Mühəndisin barmağı" və "Kürənlər ittifaqı" hekayələri ekranlaşdırılacaq.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/803069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR