"İnter"in qış fasiləsində əsas transfer hədəfi bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "neradzurri" "Udinese"dən Rodriqo de Paulu heyətinə qatmaq istəyir. İnter-in 25 yaşlı argentinalı üçün 35 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Paulla "İnter"lə yanaşı, "Milan" və "Napoli" də yaxından maraqlanır.

Qeyd edək ki, bu mövsüm "Udinese" ilə 10 oyuna çıxan yarımmüdafiəçi 1 qol vurub.

Milli.Az