Tramp impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb

Tramp impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb
03:02 20 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" bildirib.
O, Konqresdəki çıxışların bir hissəsinə baxdığını etiraf edib. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.
2019-cu ilin sentyabrında Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı ətrafında qalmaqal yaranıb. Məlumata görə, Tramp Zelenskiyə təzyiq göstərib və Baydenə qarşı araşdırmaya başlamağı xahiş edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-impicmenti-uzre-dinlemeleri-biabirciliq-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR