Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ oldu
11:42 20 Noyabr 2019
57 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 6,3 bal gücündə təkanlar Çayaps ştatında qeydə alınıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 04.27-də Puerto-Madero yaşayış məntəqəsindən 110 kilometr aralıda baş verib. Təkanlar yerin 60 kilometr dərinliyində qeydə alınıb. Meksika Seysmoloji Xidməti güclü zəlzələnin Tabasko, Qvatemalanın San-Markos bələdiyyəsi ərazisində də hiss edildiyini bildirib.

İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/803665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR