Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib
11:42 21 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə daxilolmalar 87,6 milyon manat təşkil edib. 
"Report" bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 7,6 milyon manat və yaxud 10,95% çoxdur. 
Bu il 125 özəlləşdirmə hərracı keçirilib. Hərrac iştirakçıları 122 sifarişi onlayn formada verib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub. 
2019-cu ildə 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ozellesdirmeden-daxilolmalar-uzre-builki-proqnoz-yerine-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR