UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə, turnirə pley-off-dan qatılmaq üçün mübarizə aparacaq 16 komandanın matç proqramı təyin olunub.
Publika.az xəbər verir ki, tək oyunluq seçmə üsulu 26 mart 2020-ci ildə keçiriləcək və yarımfinalın qalibləri 31 mart 2020-ci ildə finalda qarşı-qarşıya gələcək. Finalı qazanan 4 komanda isə AVRO-2020-ə vəsiqə qazanacaq.
Qruplar və qarşılaşmalar aşağıdakı kimidir:
A qrupu:
Yarımfinal 1: İslandiya - Rumıniya
Yarımfinal 2: Boliviya - Macarıstan
B qrupu:
Yarımfinal 1: Bosniya və Herseqovina - Şimali İrlandiya
Yarımfinal 2: Slovakiya - İrlandiya
C qrupu:
Yarımfinal 1: Şotlandiya - İsrail
Yarımfinal 2: Norveç - Serbiya
D qrupu:
Yarımfinal 1: Gürcüstan - Belarus
Yarımfinal 2: Şimali Makedoniya - Kosovo
A və C qruplarında yarımfinal 2-ni keçən, B və D qruplarında yarımfinal 1-i keçən tərəf qrup finalı matçına ev sahibliyi edəcək.
Xatırladaq ki, AVRO-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Məhərrəm Əliyev