Caka İtaliyaya keçir

Caka İtaliyaya keçir
19:37 22 Noyabr 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Arsenal-la yollarını ayırmağa hazırlaşan Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçi ilə Milan və İnter yaxından maraqlanır. Arsenal-da azarkeşlərlə qalmaqal yaşayan və daha sonra kapitanlığı əlindən alınan Caka, qış fasiləsində Londondan ayrılacaq.

Həm Milan, həm də İnter yarımmüdafiə xəttini gücləndirmək üçün 27 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, 2016-cı ildən Arsenal-da forma geyinən Caka, bu mövsüm 10 oyuna çıxıb. İsveçrə millisində də çıxış edən yarımmüdafiəçinin transfer dəyəri 40 milyon avrodur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/804305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR