Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb.
Qəza zamanı təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub.
Məlumata görə, “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə havaya qalxdıqdan bir müddət sonra Qoma şəhərindəki yaşayış evlərinin üzərinə düşüb.
Ölənlər arasında mülki vətəndaşların da olduğu deyilir.