Çində zəlzələ olub.

Publika.az xəbər verir ki, ölkənin cənubunda, Vyetnamla sərhəd bölgəsində yerləşən Quanqzi Zuanq Muxtar Vilayətində 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Çin Seysmologiya Şəbəkəsinin (CENC) məlumatına görə, yerli vaxtla 09:18-də meydana gələn sarsıntının episentri 10 km dərinlikdə yerləşib.

Tələfat və fəsadla bağlı məlumat yoxdur.

Zümrüd