Şekspirin bu əsərini başqası yazıbmış -

İngilis dramaturq Villiam Şekspir haqqında mübahisə mövzusu olan bir məsələyə süni intellekt sayəsində son qoyulub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt Şekspirin "Henri VIII" adlı dram əsərinin bir qisminin başqa biri tərəfindən yazıldığını sübut edib. Əsərin hansı hissəsinin digər yazıçı tərəfindən yazıldığını da müəyyən etmək mümkün olub.

Süni intellektlə işləyən bu sistemi çex araşdırmaçı Petr Plekaç yaradıb. Bunun sayəsində sözügedən sərəin yarıdan çoxunun Şekspir tərəfindən deyil, Con Fletçer adlı yazıçı tərəfindən yazıldığı ortaya çıxıb.

Qeyd edək ki, 1613-cü ildə yazılan "Henri VIII" Şekspirin ən məşhur əsərlərindəndir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR