“Giveaway”ə görə məşhurlar bu qədər pul qazanır

“Giveaway”ə görə məşhurlar bu qədər pul qazanır
11:32 26 Noyabr 2019
109 Şou
Ölkə mətbuatı
A- A+

Son zamanlar İnstaqram sosial şəbəkəsində "Giveaway" adlı yarışma geniş vüsət alıb. Oyuna görə, avtomobil, zinət əşyaları, mobil telefon və başqa bahalı hədiyyələr, eləcə də pul mükafatı uduşa qoyulur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insanların marağını oyatmaq üçün  adətən "Şərtlər çox sadədir, Hədiyyələr isə möhtəşəm" başlıqlı postlar paylaşılır. İzləyicilər qoyulan vaxt ərzində statusda qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməli və həmin posta dostlarını "tag" etməlidir.

"Giveaway" oyunları ən çox bloqqer, fenomenlərin səhifəsində paylaşılsa da, son zamanlar təşkilatçılar yerli məşhurlara da müraciət edir.  Yəni, "giveaway" keçirməyi planlaşdıran hər hansı bir şəxs izləyici sayı çox və aktiv olan ulduzlarla razılığa gələrək oyunu reallaşdırır.

"Qafqazinfo" "giveaway" paylaşan məşhurların aldığı qonorarın məbləğini öyrənib.  Belə ki, ən böyük "giveaway" keçirən Xalq artisti Aygün Kazımova paylaşım üçün 10 min manat ödəniş istəyib.

"Eurovision" qalibi Nigar Camal və müğənni Natavan Həbibi isə bir paylaşıma görə 5 min AZN pul tələb edib. Xatirə İslam da səhifəsində "giveaway"ə yer verən ulduzlardandır. O, bir post üçün 2 min alıb.

Son zamanlar populyarlıq qazanan Aysun İsmayılova isə sözügedən layihəyə 1000 AZN-lə razılaşıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/805283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR