Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi
14:53 26 Noyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!"


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/297288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR