Bakıda taksi sürücüsü Pakistan vətəndaşının 1300 dollarını oğurlayıb

Bakıda taksi sürücüsü Pakistan vətəndaşının 1300 dollarını oğurlayıb
09:42 27 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Pakistan vətəndaşının 1300 ABŞ dolları oğurlanıb.
“Report”un xəbərinə görə, hadisə oktyabr ayının əvvəlində baş verib.
Belə ki, Pakistan vətəndaşı Said Ahmadzai Daxili İşlər Nazirliyinə müraciət edərək, Bakı şəhərinə gəldiyini, dostu ilə Binə hava yolunda taksiyə mindiyini deyib. O bildirib ki, taksi sürücüsü dostuna məxsus pul kisəsindən 1300 ABŞ dollarını oğurlayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-taksi-surucusu-pakistan-vetendasinin-1300-dollarini-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR