Səfir: "Azərbaycanla Rumıniyanın münasibətləri 10 il ərzində daha da inkişaf edib"

Səfir: "Azərbaycanla Rumıniyanın münasibətləri 10 il ərzində daha da inkişaf edib"
20:37 28 Noyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın 10 illiyi qeyd olunur.
“Report” xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ölkəsinin Müstəqillik Günü münasibətilə Bakıda keçirilən rəsmi ziyafət zamanı bildirib.
“Bu 10 ildə strateji əməkdaşlığımız daha da güclənib. Bu gün nəqliyyat, enerji, ticarət, təhsil, mədəniyyət kimi bir çox sahələrdəki qarşılıqlı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün çalışırıq”, - deyən səfir Azərbaycanın həm beynəlxalq miqyasda, həm də regiondakı rolunu qeyd edib: “Bir ay bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədrliyinə başladı. Bu həm çox böyük diplomatik nailiyyət, həm də beynəlxalq məsuliyyətdir”.
Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
“Diplomatik münasibətlərin 27 ili, strateji tərəfdaşlığımızın 10 ili ərzində böyük uğurlara nail olmuşuq. Ölkələrimiz arasındakı münasibətlər dövlət başçılarının iradəsi ilə daha da inkişaf edib. Azərbaycanla Rumıniya arasındakı qarşılıqlı sərmayələrin həcmi 120 milyon dollardan artıqdır. Hökumətlərarası birgə komissiyanın 5 iclası keçirilib, gələn il sayca altıncısının Azərbaycanda keçirilməsi gözlənilir”, - deyən nazir Rumıniya dövlətinin Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-azerbaycan-ruminiya-elaqeleri-10-il-erzinde-daha-da-inkisaf-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR