İyunun 18-də Heydər Əliyev Sarayında “Gəncləşən Muğam” adlı konsert olacaq.

Axşam.az-ın məlumatına görə, konsert xalq artisti Mənsum İbrahimovla əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsidir. Konsertdə əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Vüsalə Rəcova, Hüseyn Məlikov, Xətai Hacıyev, Günay İmamverdiyeva, Orxan Hüseynli, Vüqar Musayev, Qızılgül Babayeva, Məhəbbət Səfərov, Səfər İdrisov, Türkay Məlikova, Misir Məmmədov,Əli Hacıyev, Mətin Əbilov, Əmrah Məmiyev yer alacaqlar.

Onları tarda və kamançada Rövşən Qurbanov, Ceyhun Muradov, Altay Niftalıyev, Araz Ağaverdiyev, Rəşad İbrahimov, Təbriz Yusubov, Nahid Məmmədov, Elvin Novruzov, Ədalət Behbudov, Pərviz Fərhadov, Rüstəm Müslümov, Elvin Novruzov, Bəhruz Zeynalov, Şəhriyar Musayev müşayiət edəcəklər.
Saat 19:00-da baş tutacaq konsertin biletlərinin qiyməti 10- 30 manat arasında dəyişir.

Muğam ifaçıları bir araya gələcək