Booking.com-da kriptovalyuta ödənişləri

Booking.com-da kriptovalyuta ödənişləri
08:17 30 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Otellərdə kriptovalyuta ilə ödəniş etməyə imkan verən Travala platforması, beynəlxalq otel bron sistemi olan Booking.com ilə əməkdaşlıq etdiyini elan etdi. Travala.com 25 noyabr tarixində verdiyi açıqlamaya əsasən platforma artıq 230 ölkədə 90.000 istiqamətdə Booking.com təkliflərini inteqrasiya edib. Ənənəvi ödəmə metodlarına əlavə olaraq, Travala müştərilərinə BTC, ETH, DASH, BCH, LTC, EOS, XLM, ADA, BNB, XMR, TRX, XRP, DAI, eləcə də AVA platformasının daxili tokenləri ilə ödəniş etməyə imkan verəcək.

Travala-nın baş direktoru Matt Luczynski: "Booking.som ilə əməkdaşlıq sayəsində, kriptovalyutalar tezliklə otel sektorunda adi ödəmə metoduna çevriləcəkdir. Platformanın daxili tokeni olan AVA bu sahədə rəqəmsal valyutaların necə istifadə olunacağına gözəl bir nümunə olacaqdır."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR