Kriptovalyutalar dövlət funksiyalarını özəl sektora keçirə bilər

Kriptovalyutalar dövlət funksiyalarını özəl sektora keçirə bilər
08:27 30 Noyabr 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ Maliyyə Nazirinin müavini Justin Muzinich noyabrın 21-si Nyu-Yorkda keçirilən bank və ödəniş əməliyyatları konfransında çıxışı zamanı qeyd edib ki, rəqəmsal valyutalar dövlətin bəzi funksiyalarının özəl şirkətlərə verilməsinə səbəb ola bilər.

Justin Muzinich: "Maliyyə Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri rəqəmsal valyutaların potensial olaraq mövcud qanunvericilik (vergitutma, çirkli pulların yuyulmasına qarşı mübarizə və terrorizmin maliyyələşdirilməsini tənzimləyən) bazasından yan keçərək istifadə oluna bilməsidir. Maliyyə Nazirliyi innovasiyaları yüksək qiymətləndirir lakin rəqəmsal valyutalara əsaslanan innovasiyalar "xüsusi diqqət" tələb edir. Özəl olaraq buraxılan rəqəmsal valyutalar (kriptovalyutalar) yalnız ödəmə vasitəsi deyil, həm də ənənəvi olaraq dövlət tərəfindən yerinə yetirilən bəzi funksiyaların özəl sektora verə biləcəyi vasitələrdir. Bu səbəbdən rəqəmsal valyuta bazarının iştirakçıları ictimai maraqları izləyən siyasətçilərin bu məsələlərdə ciddi mövqeyini  gözləməlidirlər."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR