"Sumqayıt"ın baş məşqçisi: "Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik"

"Sumqayıt"ın baş məşqçisi: "Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik"
19:17 30 Noyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

"Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la oyundan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdur. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdır. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik".
"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, nəticəni hansısa oyunçunun üzərinə atmaq istəmir: "Futbolçu səhv edə bilər. Bu normaldır. İl boyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məğlub olduq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-bas-mesqcisi-psixoloji-cehetden-oyunculari-hazirlaya-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR