Bu xəstəlik marixuana ilə müalicə olunacaq

Bu xəstəlik marixuana ilə müalicə olunacaq
13:17 1 Dekabr 2019
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Sinqapurda marixuana əsaslı dərmanın istifadəsinə icazə verilib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, dərman epilepsiyanın müalicəsində istifadə ediləcək.

Preparat ilk olaraq qız üzərində sınaqdan keçiriləcək. Onun adı və yaşı açıqlanmır.

Qeyd edək ki, Sinqapurda narkotiklərlə bağlı çox sərt qanun var. Hətta ölüm cəzası da keçərlidir.

Xatırladaq ki, sözügedən dərman ABŞ səhiyyəsində istifadə edilir.

Marixuananın dərman kimi istifadəsinə Argentina, Çili, Kolumbiya, Meksika, Peru və Puerto-Rikoda da icazə var. Boliviya, Kosta-Rika və Ekvadorda isə müəyyən məhdudiyyətlərlə fərdi istifadəyə icazə verilir.

Uruqvay dünyada ilk dəfə olaraq marixuana satışını leqallaşdırıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/806808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR