Qazaxıstandan sərnişin avtobusu aşıb: 4 ölü, 15 yaralı

Qazaxıstandan sərnişin avtobusu aşıb: 4 ölü, 15 yaralı
06:43 3 Dekabr 2019
149 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qazaxıstanda sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

N.Nurahmet bildirib ki, dekabrın 3-ü saat 05:25-də Qızılorda - Kumkol avtomobil yolunda sərnişin avtobusu aşıb.

Onun sözlərinə görə, avtobusda 50 sərnişin olub. İnsident nəticəsində azı 4 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Hadisə yerində xilasetmə işlər davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3157742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR