Yahya Əxlaqi: "ECO ölkələri kənd təsərrüfatının inkişafına investisiyaları artırmalıdır"

Yahya Əxlaqi:  "ECO ölkələri kənd təsərrüfatının inkişafına investisiyaları artırmalıdır"
11:52 4 Dekabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

"ECO ölkələri öz potensialından tam istifadə etsəydi, dünya bazarında mühüm yer tutmuş olardı". 
"Report" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Seyid Yahya Əxlaqi ECO üzvlərinin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında məlumat verib. 
O bildirib ki, bəzi ECO ölkələrində kənd təsərrüfatı sahəsində o qədər də inkişaf yoxdur: "Bu ölkələrdə qidalanma problemləri artan istiqamətdədir. Ölkələr kənd təsərrüfatının rolunu artırmalıdır". 
O vurğulayıb ki, kənd təsərrüfatının inkişaf səviyyəsi regionda kifayət qədər deyil: "Biz müvafiq texnologiyalardan istifadə etməli, kənd yerlərində investisiya yatırımlarının təşkil etməliyik. Torpağın deqredasiyasının qarşısı alınmalıdır. Urbanizasiya prosesi mühüm məsələlərdəndir və təsərrüfata mənfi təsir göstərir. Gələcəkdəki layihələrimiz maliyyə və texniki baxımından köklənməlidir. Mütləq kənd təsərrüfatı inkişaf etdirilməlidir. Əminəm ki, biz birlikdə işləyərək buna nail olacağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/ask/eco-olkeleri-oz-potensialindan-tam-istifade-etmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR