Kürdəmir sakini balta ilə özünə xəsarət yetirib

Kürdəmir sakini balta ilə özünə xəsarət yetirib
16:07 4 Dekabr 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayon sakini özünə xəsarət yetirib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Mübariz Neman oğlu Səfərov həyətdə odun doğrayarkən balta ilə ayağına xəsarət yetirib və baş barmağını kəsib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemir-sakini-balta-ile-ozune-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR