Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı
22:18 4 Dekabr 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/298145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR