Gələn ildən etibarən "ASAN xidmət" mərkəzlərində icbari tibbi sığorta xidmətləri əldə etmək üçün xüsusi köşklər quraşdırılacaq.
Metbuat.az-ın verdiyi məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar müəyyən xidmətləri onlayn əldə edə biləcəklər. Məsələn, həkimlə konsultasiya xidməti. Bu xidmət vasitəsilə həkim tərəfindən hansı müayinələrdən keçməyə dair məlumatlar veriləcək. Ünsiyyət video-görüntü ilə həyata keçiriləcək.
Vətəndaşların müraciətləri qeydə alınacaq və bu müraciətlərin icra statusu barədə məlumat əldə etmək mümkün olacaq.