“Qulağıma yazığım gəlir” - Musiqili meyxananı qəbul etməyən Nadir Qafarzadə - VİDEO - FOTO

“Qulağıma yazığım gəlir” - Musiqili meyxananı qəbul etməyən Nadir Qafarzadə - VİDEO - FOTO
14:47 6 Dekabr 2019
142 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

Milli.Az xəbər verir ki, sənətçi gitara ifaçılarının təkrarçılığa yol verdiklərini deyib:

"Hərəsi əlinə bir gitara alıb. Gitara ilə oxumaq sənət deyil. Səhnəyə çıx, canlı oxu. Hamısı da türk ifaçılarının boğazlarını edirlər. Bənzərlik çoxdur, biz təzə səs axtarırıq. Yol ver başqaları gəlsin. Kiminsə yerini tutursan. Mən bu günə kimi gəlib çıxmışamsa, demək ki, nəsə var. Üzərində işləməlisən. Gənclər, əgər yadda qalmaq istəyirsinizsə, fərqli oxumalısınız. Öz üslubunuz olmalıdır".

İfaçı musiqili meyxana janrını da qəbul etmədiyini bildirib:

"Meyxananı bilirəm, amma musiqili meyxananın nə olduğunu bilmirəm. Dinləmirəm, qaçıram, çünki qulağıma yazığım gəlir. Bunları dinləyəmə məcbur deyilik".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/808263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR