Magistraturaya qəbul olacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək

Magistraturaya qəbul olacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək
17:17 7 Dekabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Bu qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/magistraturaya-qebul-olacaq-telebelerin-sayini-nazirler-kabineti-mueyy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR